Nitq datasetləri
Azərbaycan filmlərindən kəsilmiş, mətni yoxlanılmış səs parçaları — Whisper kimi nitqtanıma modellərini öyrətmək üçün. Hər parça 30 saniyəyə qədərdir.
Sifariş · 26 dəq
Anar qardaş, gör nə deyirəm, xalaoğlu, bir dənə qulaq as. Bəlkə o arvadı vuranda qan yerin. O həm də qutunun üstündə qan çox pis görünəcək. Elə reklam olur?
Bəlkə ondansa, qanın yerinə
Super ideyadır. Hə. Başa düşmədim. Qanın yerinə nə tökülür? Bildiyimiz semişka. Həm də biz Bizim holdinqin günəbaxanlarıdır da, xalaoğlu. O biri var qara, biri var ağ, ondan deyil. Bu ikisidir. Həm qaralı, həm ağlıdır, həm də bu yağın adı ilə eyni addadır da, eyni məhsuldur. Elə bil ki, xalaoğlu pis çıxmasın, bir güllə ilə iki quş vurmuş olarıq da. Paralel reklam. Ağzından semiçka tökülür də.
Etibar, özü də indi fikirləşdim ki, o arvadını döyən gədə bilinmir də kimi seçəcəklər bunlar. Bizə tanınmış sima lazımdır. Sima, problem yoxdur ki, sənin əlini öpürlər də, xalaoğlu. Biz elə bütün gün onlarla bir yerdəyik də hər axşam. Dayan. Bəlkə Anarı çəkək. Anar kimdir? Almazov, tanıyırsan? Anar Almazov. Ə o Paşinyanı oynayan gədə?
Ay sağ ol, o qardaş uşağıdır. Hə.
Bu dəqiqə ondan məşhur kim var? Mən bütün gün onunla bir yerdəyəm. O gün yığdın e kababda olanda? O idi də, dalımdakı o idi də.
Camaat onun necə istəyir xətrini? Yəni mən sizi düz başa düşdüm də. Siz təklif eləyirsiniz ki, bu aktyoru çıxardaq ordan, onun yerinə Anar bəy Almazov oynasın. Yəni sizcə Anar bəy bu rola razılaşar? Qardaş, tanınmış sima vurmalıdır da. Da bu boyda reklam çəkirik. O aktyoru heç kim tanımır aaa, sən təklif elədiyini. Qoy Anar vursun. İnsanlar da bir sevdiyi simaya baxsın. Dübbədüz.
Mehman bəy, Etibar bəy, mən sizə uğurlar arzu eləyirəm. Mən belə başa düşürəm ki, siz bu işi məndən daha yaxşı bilirsiniz. Ona görə siz bilən məsləhətdir. Anar, Anar, otur, müəllimin sözünü kəsmə. Otur, otur. Qardaş, bu reklam partlayış olacaq. İki nəfər burda sənə deyir yaxşıdır. Ehtiyac yoxdur. Ay Anar, sən bu reklamı çəkəcəksən. Oyan-buyan eləmə. Biz sənə sadəcə ideyada kömək eləyirik də, pislik eləyirik?
Özünüz çəkin də, siz məndən yaxşı bilirsiz axı, özünüz çəkin. Biz özümüz əgər bu reklamı çəkiriksə, onda səni nə üçün bura çağırılmışıq? Deyirik sən çək. Onda niyə icazə vermirsiz mən öz bildiyim kimi çəkim? Ay Anar, səbrli ol, təmkinli ol, otur aşağı bizim söhbət hələ qurtarmayıb. Hörmətsizlik eləmə. Eşit, gör nə deyirəm. Otur da, otur. Yekə oğlansan, uşaq kimi bunu nə di ala ... sən imkan ver o uşaq orda semiçkasını çırtlasın, şeirini desin.
Bax biz iki dənə məhsulumuzu reklama soxduq, düzdürmü? Həm avtomobildə motorxananın problemini həll eləyirik yağnan. Həm də məişətdə istifadə olunan ən tanınmış qida atributunu da reklam eləyirik. Mədə-həzm sisteminə köməklik eləyirik. Üstəlik, qadın zorakılığına qarşı sənin ideyanını salırıq reklama? Salırıq. Qanı, vəhşəti yığışdırırıq kadrajdan? Yığışdırırıq.
Qardaş, nə istəyirsən? Etibar düz deyir də. Bir güllə ilə iki dovşan vururuq da, Biz də qazanaq, sən də qazan da. Nəyi istəyirsən daha? Hər şeyi verdik də. Mehman bəy, siz özünüz özünüzü eşidirsiniz? Yəni siz necə təsəvvür eləyirsiniz ki, fonda hansısa uşaq şeir deyir, kiminsə ağzından semiçka tökülür qanın əvəzinə. Niyə bir kişi evə girəndə maşın yağı ilə girsin? Yəni bu bu absurddur axı, vallah absurddu.
Xətrimə dəyirsən e. Nə təhər yəni yağı hardan alır? Bu mənim müştərimdir. Bizim mallardan istifadə eləyir Anar. Yağ da istifadə eləyir, semiçka da istifadə eləyir. Şeirə gələndə isə uşaq ideologiyanı təbliğ eləyir. Ana haqqında, anaya sevgi haqqında şeir deyir. Planşetdə oynamır ha?
Hə. Anar da evə gələndə yolüstü yadına düşüb ki, maşına yağ lazım. Dükandan alıb əlindədi. Nə var ki, burda?
Uzatdıq a Nə deyirsiz? Mehman bəy, siz harda görmürsünüz ki, maşın yağını marketdə satsınlar, hə? Mehman, mən şəxsən öz adıma birmənalı hə deyirəm. Gəlin. Üzr istəyirəm. Alo. Nədir tapbatarap yığırsan? Mehman bəy, siz düşünürsünüz ki, əgər siz sifariş verirsinizsə, Mehman müəllim, sifarişinizi hara qoyum? biz icra eləyiriksə deməli siz hər şeyə barmaq eləyə bilərsiniz?!. Mehman bəy, Mehman bəy, mən beş ildir bu sahədəyəm və mən ilk dəfədir ki, belə bir
haqsızlıqla qarşılaşıram. Problem məndədir. Problem məndədir ki, mən bütün işimi gücümü atdım gəlmişəm bu sizlə bu sifarişi müzakirə eləyəm. Mehman bəy, siz ümumiyyətlə məni eşidirsiniz? Mehman bəy. Və Oskar gedir Anar müəllimə ideyasına görə. İnşallah.
Bu manikenləri təzə buraxırıq. Bunları Neftçilər prospektində, sonra mollarda o bahalı butiklər var, ora satacağıq. Mən bunun üçün də sizə bir qəşəng reklam çəkdirəcəm. Mehman bəy. Mən gedim. Anar, qulaq as. Sənə qəşəng axırıncı təklif eləyirəm. Çıx get. Sənin o döyülən qadını ordan çıxar, onun yerinə bir tanınmış müğənnini sal. Mən də sənə istədiyin büdcəni əvvəlcədən, avanssız
verirəm. Tanınmış müğənninin də qanararını atdelni verirəm. Hə?
Nə oldu qardaşım? Nə dedilər? 7500-ə razılaşırlar? Yox, 3500-ə razılaşdılar. Nə? 3500? Neyniyək? Bir təhər basaq çəkək də bunu. Biz də pul qazanmalıyıq da. 3500-ə necə çəkəcəyik? Nə bilim, ordan burdan kəsərik də. Səssizin pulunu verməyəcəyəm sənin üçün. Kamranı xodduyaq? Kamranı xodduyaq.
Nə dadlıdır?
Oğlum, bəlkə deyirəm gizlənpaç oynayaq hə? Yaxşı. Ona kimi say, mən səni tapacağam. Yaxşı, get. Get gizlən. Bir, iki, üç, dörd, beş, altı, yeddi, səkkiz Qapını aç, tez ol! doqquz, on
Qapını niyə açmırsan? Uşaqla oynayırdım da.
Evimizin işığı, gözəl anam, şən anam. Səndən başqa kimin var? Həmdənimsən, sən anam.