1
00:00:34,700 --> 00:00:39,300
Kameranı sal aşağı. sal

2
00:00:44,000 --> 00:00:46,000
Bağla

3
00:00:47,320 --> 00:00:48,240
Gəl.

4
00:00:49,680 --> 00:00:55,720
Olar? Nə? Girmək. Ay bax xoşuma gəldi. Gəl.

5
00:00:57,480 --> 00:01:00,560
Üzr istəyirəm, avtobusa gecikdim, ona görə.

6
00:01:00,500 --> 00:01:02,800
Eybi yox, qanararından çıxarıq.

7
00:01:04,720 --> 00:01:08,000
Eşidirsən? Sən keç üzbəüzdə otur, mənim boynum quruyub,

8
00:01:08,010 --> 00:01:10,090
sağa baxa bilmirəm. Belə rahat görüm səni.

9
00:01:10,100 --> 00:01:11,640
Heç bir problem yoxdur.

10
00:01:13,800 --> 00:01:19,280
Hə, nə qayırdınız, nə elədiniz? Nə fikirləşdiniz? Belə kreativ partladan bir şey.

11
00:01:20,000 --> 00:01:25,960
Eşidirsən? Bizim qardaşlar holdinqini imici qalxmalıdır. Mən Zaraya tapşırdım ki,

12
00:01:25,960 --> 00:01:29,960
sizə bütün şirkət haqqında məlumatları versin ki, siz daha da yaxşı ilhamlanasınız.

13
00:01:30,000 --> 00:01:31,760
Hə,

14
00:01:32,920 --> 00:01:34,880
Mehman bəy, biz analiz elədik.

15
00:01:35,200 --> 00:01:37,680
Yaxşı məsləhətli həkim var. Göndərim?

16
00:01:38,720 --> 00:01:43,480
Yox, bazarı analiz elədik. Hə, də bildim də bazarı analiz elədiniz. Hə. Bazarı analiz

17
00:01:43,480 --> 00:01:47,200
elədik və son illərin ən acınacaqlı mövzusuna toxunmaq istəyərdik. Qadınlara qarşı

18
00:01:47,200 --> 00:01:53,200
şiddət. Deməli statistika bizə nə göstərir? Hansı rəqəmləri? Son ildə 6825 cinayət

19
00:01:53,200 --> 00:01:58,480
hadisəsi baş verir. Bundan 2544-ü qadınlara qarşı zorakılıqdır. Təsəvvür eləyirsiniz

20
00:01:58,480 --> 00:02:03,480
erkən nikahlar var burada və sair və ilaxır. Və faiz etibarı ilə 9% artım var.

21
00:02:05,000 --> 00:02:10,800
Və hətta bu ilin ilk dörd ayında 17 cinayət hadisəsi baş verib.

22
00:02:10,800 --> 00:02:16,320
17 qadın qətlə yetirilib. Təsəvvür eləyirsiniz? Qadınlar çoxalıb axır vaxtlar.

23
00:02:16,480 --> 00:02:18,600
Maşallah. Hamı qız doğur da.

24
00:02:19,560 --> 00:02:25,440
Hə. Erkən nigahlar, zorakılıqlar, qadına qarşı şiddət, 21-ci əsrdə

25
00:02:25,440 --> 00:02:30,720
patriarxal vəhşilik baş alıb gedir. Yəni bu çox acınacaqlıdır.

26
00:02:30,730 --> 00:02:31,730
Çox, çox, dəhşət.

27
00:02:33,040 --> 00:02:37,320
Biz istəyərdik ki, bu sosial çarxı çəkək. Ucqar kəndlərdə, rayonlarda, ümumiyyətlə

28
00:02:37,320 --> 00:02:43,070
bütün regionlarda bu sosial çarxı təqdim eləyək və bu zorakılıqdan əziyyət çəkən

29
00:02:43,070 --> 00:02:48,280
qadınları bir yerə yığaq, onlara psixoloji dəstək olaq, kişilərlə danışaq, müəyyən

30
00:02:48,280 --> 00:02:54,080
bir sığınacaqlar yaradaq və düşünürəm ki, bu sosial layihə sizin qardaşlar

31
00:02:54,080 --> 00:02:58,720
holdinqin imicinə çox yaxşı təsir eləyəcək və müsbət rəylər eşidəcəksiniz öz

32
00:02:58,720 --> 00:02:59,920
haqqınızda təbii ki.

33
00:03:00,000 --> 00:03:04,480
Sən mənə denən görüm bunun rasxodu nə qədərdir? Xərcimiz nə qədər çıxar?

34
00:03:06,920 --> 00:03:09,680
7500 azn vergi daxil.

35
00:03:11,760 --> 00:03:12,400
Davam elə.

36
00:03:13,040 --> 00:03:15,920
Hə, icazənizlə keçim mətləbə? Keç də da mətləbə.

37
00:03:21,360 --> 00:03:25,600
Aha. Deməli iri planda qapının tutacağını görürük.

38
00:03:26,840 --> 00:03:28,120
Çay, su, kofe.

39
00:03:28,760 --> 00:03:28,840
Nə?

40
00:03:29,440 --> 00:03:31,120
Nəyi içirsən? çay, su?

41
00:03:32,320 --> 00:03:33,360
Su zəhmət olmasa.

42
00:03:33,560 --> 00:03:37,920
Çayımızdan iç də, öz istehsalımızdı, berqamotdur. Yox, çox sağ olun. Su.

43
00:03:42,320 --> 00:03:48,320
Zara. Bəli, Mehman müəllim. Mənə ordan bir bizon gətir. Su içənlərə də çay gətir.

44
00:03:48,800 --> 00:03:53,195
Baş üstə. Bir də o axırıncı buraxdığımız şokolad var ha. Onu da gətir dadına baxsınlar.

45
00:03:53,195 --> 00:03:54,200
Oldu.

46
00:03:58,760 --> 00:04:02,680
Hə, kimsə qapını döyür, qapını açan yoxdur.

47
00:04:03,920 --> 00:04:08,800
Ya da girir heç kim yoxdur. Yox, Hə, başa düşdüm mən də özüm hərdən yazıram.

48
00:04:09,920 --> 00:04:10,640
Hə, davam elə.

49
00:04:11,040 --> 00:04:11,120
Hə.

50
00:04:12,520 --> 00:04:14,720
İri planda qapının tutacağını görürük.

51
00:04:27,360 --> 00:04:30,380
Gəl mama ilə gizlənpaç oynayaq. Hə. Hə, mən sayım,

52
00:04:30,380 --> 00:04:33,300
sən qaç gizlən. Yaxşı. Yaxşı? Qaç

53
00:04:35,640 --> 00:04:38,560
Bir. İki.

54
00:04:40,000 --> 00:04:43,000
Üç. Dörd.

55
00:04:43,480 --> 00:04:48,600
Beş. Altı. Yeddi.

56
00:04:58,300 --> 00:05:00,150
Qapını niyə gec açırsan?

57
00:05:01,200 --> 00:05:03,000
Uşaq yatmışdı. Nə?

58
00:05:06,480 --> 00:05:07,280
Uşaq.

59
00:05:07,290 --> 00:05:08,600
Uşaq yatmışdı?

60
00:05:08,610 --> 00:05:10,310
Uşaq, hə?!

61
00:05:22,020 --> 00:05:23,100
Səkkiz.

62
00:05:24,620 --> 00:05:25,820
Doqquz.

63
00:05:28,100 --> 00:05:29,000
On.

64
00:05:30,200 --> 00:05:31,410
Bu

65
00:05:32,700 --> 00:05:34,780
uşaq udarları sayırdı elə?

66
00:05:36,340 --> 00:05:37,260
Yox, anasının

67
00:05:37,300 --> 00:05:41,100
anasının verdiyi bu oyun var idi, gizlənpaç var idi. O onun sayını

68
00:05:41,110 --> 00:05:43,420
davam eləyirdi. Bir, iki, üç, dörd.

69
00:05:45,500 --> 00:05:51,420
Gör kişini nə qədər bezdiribsə, içəri girən kimi bezrazbor vurub ee.

70
00:05:52,980 --> 00:05:58,020
Mehman bəy, diqqət etsəniz kişi evə daxil olmamışdan öncə artıq aqressiv idi və onun

71
00:05:58,020 --> 00:05:59,540
içində bir abüzer yatmışdı.

72
00:05:59,580 --> 00:06:00,700
Aydındır. Bəs

73
00:06:01,460 --> 00:06:02,780
Yaxşı, qardaş,

74
00:06:04,100 --> 00:06:06,220
bizim holdinq bu reklamın

75
00:06:06,220 --> 00:06:10,780
harasındadır. 
Sosial çarxın sonunda sizin holdinq loqosu çıxır və biz bunu təbii ki,

76
00:06:11,060 --> 00:06:13,940
promote eləyirik və Paralel sosial layihə.

77
00:06:15,220 --> 00:06:16,060
Maraqlıdır.

78
00:06:20,300 --> 00:06:25,180
Mən bir şey soruşum. Amma siz məndən daha yaxşı bilirsiniz. Əstağfurullah.

79
00:06:25,540 --> 00:06:25,620
Bu

80
00:06:25,980 --> 00:06:30,940
qadını nə döyür, niyə döyür ki? Deyinir qadın ona

81
00:06:30,940 --> 00:06:32,600
görə döyür də hə?!

82
00:06:32,980 --> 00:06:37,020
Yox, bizim mövzumuz qadına qarşı şiddətdir. Burda səbəb axtarmağa ehtiyac yoxdur.

83
00:06:37,060 --> 00:06:39,770
Bəs niyə vurdu da arvadını birdən-birə?

84
00:06:39,780 --> 00:06:45,460
Yəni fakt ona əl qaldırır və kişinin qadına əl qaldırması dözülməzdir. Bu bir

85
00:06:45,460 --> 00:06:49,540
cinayətdir və biz buna susmamalıyıq. Və bizim təbliğatımız onun üzərindən getməlidir

86
00:06:49,540 --> 00:06:53,580
ki, qadınlara qarşı şiddətə son deməliyik. Çünki qadınlar ümumiyyətlə

87
00:06:53,600 --> 00:06:55,540
Qulaq as. Super ideyam var.

88
00:06:55,940 --> 00:06:56,460
Buyurun.

89
00:07:00,380 --> 00:07:03,580
Bu qadını şapalaqla vurdu da hə?

90
00:07:03,780 --> 00:07:04,620
Şillə ilə.

91
00:07:05,740 --> 00:07:06,420
Şillə ilə.

92
00:07:09,340 --> 00:07:13,460
Olarmı ki, bu qadını şillə ilə yox,

93
00:07:14,860 --> 00:07:16,460
maşın yağı ilə vursun.

94
00:07:20,180 --> 00:07:21,460
Üzr istəyirəm, nə ilə?

95
00:07:22,260 --> 00:07:26,140
Maşın yağı ilə də, bizim şirkətin premium maşın yağları ilə.

96
00:07:28,100 --> 00:07:33,980
Mehman bəy, siz necə təsəvvür edirsiniz? Yəni hansı kişi qadını kanistra ilə vurur?

97
00:07:35,900 --> 00:07:41,220
Vurur da, nəticədə vurur da. Düzdür amansızcasına vurur. Bax,

98
00:07:41,540 --> 00:07:47,100
de elə. Bunları deyirəm də. Yox, dayan, bunun şeyi ruçkası yoxdur.

99
00:07:49,740 --> 00:07:50,940
Bax bunun ruçkası var.

100
00:07:52,300 --> 00:07:55,780
Vuran adam bəyəm baxır nə ilə vurur? Heç olmasa,

101
00:07:56,000 --> 00:07:59,540
Bizim şirkətin malı düşsə də kadraja.

102
00:08:00,700 --> 00:08:02,860
Mehman bəy, siz necə təsəvvür eləyirsiniz onu? 

103
00:08:02,870 --> 00:08:04,500
ha belə 

104
00:08:06,700 --> 00:08:07,600
Olmaz ki?

105
00:08:08,300 --> 00:08:12,180
Kadrajda da bizim yağın adı.

106
00:08:12,180 --> 00:08:18,180
 Hə? Mehman bəy, sosial çarxın realistik olması üçün məncə

107
00:08:18,180 --> 00:08:21,340
sizin yerləşdirmək istədiyiniz məhsul biraz artıq olar. yəni absurd

108
00:08:21,350 --> 00:08:27,700
Qardaş, mövzu arvadı döymək deyil? Vsyo da. Bu daha maraqlı

109
00:08:27,700 --> 00:08:29,200
alınacaq. Niyə?

110
00:08:30,140 --> 00:08:31,240
Çünki baxan deyəcək ki,

111
00:08:31,500 --> 00:08:35,700
gör bu köpəkoğlu nə qədər qudurub ki, arvadı yağla döyür.

112
00:08:36,020 --> 00:08:37,900
Yox, bu mənim beynimə batdı.

113
00:08:41,580 --> 00:08:46,980
Bu istiqamətdə irəliləyək. Ay Zara, məsləhətinə ehtiyacım var.

114
00:08:47,180 --> 00:08:47,700
Buyurun.

115
00:08:48,540 --> 00:08:54,020
Qardaş, bu ideyanı bir də danış. Qoy bu da qulaq assın. Baxma orda da arvad teması var.

116
00:08:54,020 --> 00:08:59,780
Bu da arvad. Arvadla arvadın fikri üst-üstə düşür. Danış bir, qulaq

117
00:08:59,780 --> 00:09:00,220
as, Zara.

118
00:09:04,060 --> 00:09:05,060
İri planda.

119
00:09:07,540 --> 00:09:11,980
Mən də deyirəm ki, arvadı bizim yağla vursun da.

120
00:09:12,500 --> 00:09:14,820
Yağla ilişdirsin elə bil.

121
00:09:15,940 --> 00:09:16,700
Nə deyirsən?

122
00:09:17,460 --> 00:09:21,060
Vau, super ideyadır, Mehman müəllim. Olar mən gedim?

123
00:09:21,340 --> 00:09:24,220
Get. Əhsən zara.

124
00:09:25,700 --> 00:09:29,060
Bu da arvadın fikri. Təsdiqləndi.

125
00:09:30,220 --> 00:09:33,200
Yavaş-yavaş sizin sektora daxil oluram a, hiss edirsən?

126
00:09:36,100 --> 00:09:41,800
O şokoladların dadına bax. O şokoladın dadına bax ki,

127
00:09:42,500 --> 00:09:44,540
Gör ki, əsl şokolad nə təhər olur?

128
00:09:56,300 --> 00:09:58,220
Dadlıdır? Dadlıdır.

129
00:09:59,940 --> 00:10:04,600
Bax, qardaş, bunlar hamısı bizim mallardır. Başqa mallarımız da var.

130
00:10:04,600 --> 00:10:10,220
Bəs bunları reklam eləyək də. Sən dediyini də eləyək. Biz də qabağa düşək də.

131
00:10:11,420 --> 00:10:12,460
Vallah, Mehman müəllim, kim is...

132
00:10:12,900 --> 00:10:17,860
Bax, mən sənin üzündən görürəm ki, bu yağ teması sənin də ağlına batdı.

133
00:10:19,420 --> 00:10:22,180
Gəl, bunu eləyək. Bu partladacaq.

134
00:10:23,700 --> 00:10:28,960
O, sən dediyin məbləğin üstünə mən artıqlaması ilə verəcəm. Amma eləyək.

135
00:10:29,280 --> 00:10:33,840
Vallah Mehman müəllim, kim istəməz ki, artıq pul qazansın? Amma elə bir şey təklif

136
00:10:33,840 --> 00:10:37,280
edirsiniz ki, mən bunu sabah portfoliyama əlavə eləyib camaatın arasına çıxarda

137
00:10:37,280 --> 00:10:40,600
bilməyəcəm də bu işi. Düz başa düşün məni. Bircə dəqiqə.

138
00:10:45,600 --> 00:10:51,950
Zara. Bəli, müəllim. O Etibarı tapa bilmirəm mən. Çənə döyür kimnənsə, telefonu zanitdir.

139
00:10:51,240 --> 00:10:54,000
Göndər onu yanıma. Baş üstə.

140
00:10:55,000 --> 00:10:59,920
Bu Etibar bizim reklam direktorudur.

141
00:11:00,280 --> 00:11:00,840
PR?

142
00:11:02,920 --> 00:11:04,520
Yox, iş vaxtı içmir.

143
00:11:05,760 --> 00:11:12,240
Qoy gəlsin, bir onun da fikrini öyrənək. Nə təhər deyərlər ağıl-ağıldan üstündür. Təbii ki

144
00:11:12,400 --> 00:11:15,400
Gəl Etibar. Qardaş telefonu ver o ifritəyə

145
00:11:16,760 --> 00:11:20,840
Sən taksinin pulunu ver, get evə, mən səni yığacam, iclasa girirəm, yaxşı?

146
00:11:22,680 --> 00:11:25,800
Deyirəm yığacam səni. Azzar.

147
00:11:26,700 --> 00:11:27,810
Nə edirsən, xalaoğlu? salam 

148
00:11:28,800 --> 00:11:34,440
Yaxşı adamlar deyir yaxşı söhbətə gələr çıxar. Bu qardaş bizim reklamı çəkəcək.

149
00:11:36,560 --> 00:11:38,600
Adın nəydi qaqa? Anar.

150
00:11:39,520 --> 00:11:40,160
Anal?

151
00:11:41,100 --> 00:11:42,300
Anar r r 

152
00:11:42,310 --> 00:11:44,200
l. Etibar.

153
00:11:44,210 --> 00:11:45,320
Şad oldum.

154
00:11:46,000 --> 00:11:49,440
Qardaş reklam çəkilişləri edir. Videoqrafdır.

155
00:11:49,920 --> 00:11:54,160
Üzr istəyirəm videoqraf deyiləm. Mən özüm rejissoram. Operator komandamız var onlar

156
00:11:54,160 --> 00:11:54,720
çəkəcəklər.

157
00:11:55,000 --> 00:11:57,840
Hə də, ondan. Otur da. Çox

158
00:11:57,840 --> 00:11:59,040
çəkər, xalaoğlu?

159
00:11:59,050 --> 00:12:03,400
Hələ otur bir söhbət eləyək də. Bu şirkətə bir reklam çəkməliyik biz, ya yox?

160
00:12:04,360 --> 00:12:04,840
Problem

161
00:12:04,840 --> 00:12:05,200
yoxdur.

162
00:12:06,640 --> 00:12:10,920
Qoy ideyasını danışsın, sonra mənim versiyam var. Ona da qulaq asın.

163
00:12:12,040 --> 00:12:17,400
İndi sonra ikisini tutuşdurarsan, görək nə qayırırıq da. Buyur, qardaş. Problem yoxdur.

164
00:12:17,410 --> 00:12:18,760
De ginən, qardaş.

165
00:12:21,040 --> 00:12:22,960
Deməli, iri planda.

166
00:12:24,240 --> 00:12:29,240
Amma bir şey deyim, xalaoğlu? Mən o qardaşa haqq qazandırıram. Dübbədüzdür.

167
00:12:29,240 --> 00:12:34,520
100%. Mən də deyirəm ki, arvadı bu yağlarla vursun da. Vursun da.

168
00:12:35,200 --> 00:12:40,800
Vursun, dey bu təzə çıxan yağdır özü də 5.30 4 litrlik. Amma 4 litrliklə vursun, 1 litrliklə

169
00:12:40,800 --> 00:12:44,200
vursa effekt olmayacaq. Bəs mən nə deyirəm?! bununla vursun da! Hə, bununla

170
00:12:44,200 --> 00:12:49,640
vursun. Bununla vursan moşnu görünər də. Bir dənə 4 litrlik vurdun, lay aşırdın onu.

171
00:12:49,680 --> 00:12:51,040
Elə elə səliqəli olar.

172
00:12:52,120 --> 00:12:53,200
Çox üzr istəyirəm.

173
00:12:54,520 --> 00:12:59,160
Kim öz həyat yoldaşını kanistra ilə döyüb? Belə pis çıxmasın,

174
00:12:59,240 --> 00:13:04,880
arvad onun, haqq onun. İstəyər kanistr ilə vurar, istəyər nə bilim bita ilə vurar.

175
00:13:04,880 --> 00:13:08,450
Yəni belə kimin nəyinə. Belə pis çıxmasın, xalaoğlu.

176
00:13:08,450 --> 00:13:12,560
 Bizim hal-hazırda sosial çarxın mövzusu odur ki, biz qadınları

177
00:13:12,560 --> 00:13:17,840
döyməməliyik, şiddət göstərməməliyik. Biz qadınların tərəfini tutmalıyıq. Biz əksinə

178
00:13:17,840 --> 00:13:23,840
onlara dəstək durmalıyıq. Döyməyi, təbliğatı saxlamalıyıq. Əgər kiminsə nəsə xoşuna

179
00:13:23,840 --> 00:13:28,160
gəlmirsə, uşağını götürsün, getsin rəsmi müraciət eləsin müəyyən instansiyalara,

180
00:13:28,160 --> 00:13:32,000
boşansın. Vəssalam, uşağını da götürüb xoşbəxt yaşasın. Biz ... Çox üzr istəyirəm

181
00:13:32,000 --> 00:13:33,440
Ay qardaş, bir dəqiqə dayan ee.

182
00:13:34,560 --> 00:13:38,040
Mən bunu indi eşidirəm. Biz belə danışmamışdıq axı.

183
00:13:39,560 --> 00:13:40,960
Bu düzgün təbliğat deyil

184
00:13:42,760 --> 00:13:48,400
Nə təhər yəni boşansın getsin? Biz nə mesaj veririk orda? Başa

185
00:13:48,400 --> 00:13:54,120
düşdüm, döymək olmaz. Düzgün deyil. Boşanmaq nədir yaxşı?

186
00:13:55,000 --> 00:13:58,760
Bəs bunun uşaqları nə, kimsəsiz qalacaq? Olmaz elə şey.

187
00:13:59,760 --> 00:14:04,000
Siz təklif eləyirsiniz ki, uşaq müəyyən psixoloji travmalarla böyüsün, hə?

188
00:14:04,000 --> 00:14:09,560
Qardaş, nə travma? Mənim dədəm ömrü boyu məni döyüb. Travma görürsən məndə? Boynuma,

189
00:14:09,560 --> 00:14:15,080
üzümə bax, mənim qollarıma bax. Görürsən nəsə? Bəs dədəm məni döyməsəydi mən burda

190
00:14:15,080 --> 00:14:21,040
oturardım, hə? İndi hansısa binada bir fəhlədən zaddan işləyirdim, ya da Masazırda

191
00:14:21,040 --> 00:14:26,720
tamet vururdum. Birini deyirsən, birini demirsən ee. Xalaoğlu, çox üzr

192
00:14:26,720 --> 00:14:30,040
istəyirəm. Qulaq as, bunu bir dənə mən şey eləyim.

193
00:14:31,200 --> 00:14:37,080
Sən gəl daşı tök, ətəyindən. Gəl bu yağ temasını çəkək. Mən

194
00:14:37,080 --> 00:14:39,400
deyirəm ki, bu əla olacaq. Hə?

195
00:14:40,080 --> 00:14:45,720
Xalaoğlu, bir dənə ideya gəldi. Deyirəm bəlkə o uşağın yerinə bizim balaca

196
00:14:45,720 --> 00:14:47,000
funtiki çəkək.

197
00:14:49,160 --> 00:14:52,700
Bir tək Allaha and olsun, bayaqdan beynimdə hərlənir e o.

198
00:14:52,810 --> 00:14:53,400
Elə

199
00:14:53,500 --> 00:14:54,120
Allah.

200
00:14:54,130 --> 00:14:55,130
Canavar olar

201
00:14:55,140 --> 00:14:57,300
Ayə funtik əla olar.

202
00:14:57,300 --> 00:14:59,240
Çox üzr istəyirəm, çox üzr istəyirəm.

203
00:15:00,680 --> 00:15:02,760
Funtik kimdir? Bacım oğlu.

204
00:15:05,040 --> 00:15:10,960
Bax, bax, bax, bax göydəki Allah haqqı. Funtikin bir ana şeiri deməyi

205
00:15:10,960 --> 00:15:15,000
var tüklərim biz-biz dayanır. Yadındadır Səadətin ad günündə dedi?

206
00:15:15,360 --> 00:15:20,724
Evimizin işığı, gözəl anam, şən anam. Səndən başqa kimin var? Həmdənimsən sən, anam

207
00:15:21,000 --> 00:15:24,150
İstedaddır da. Allah verib də, Allah verib.

208
00:15:25,040 --> 00:15:29,080
Deməli, siz təklif eləyirsiniz ki, biz funtiki çəkək. Hə, də

209
00:15:30,880 --> 00:15:35,120
Çox üzr istəyirəm, ssenari də yazılıb ki, orada qız uşağı olmalıdır, həm də ki, biz

210
00:15:35,320 --> 00:15:40,020
kastinq keçiririk. Ordan peşəkar aktyorlar, aktrisalar seçirik. Yəni bu biraz mümkünsüzdür

211
00:15:40,020 --> 00:15:40,300
məncə.

212
00:15:40,540 --> 00:15:46,300
Yox e, fərqi nədir ki, onsuz da orda qız var da. Qoy olsun iki dənə oğlan, bir dənə

213
00:15:46,300 --> 00:15:48,900
qız. Hə? Xalaoğlu.

214
00:15:49,100 --> 00:15:54,220
Düz deyir də. Anar, siz Etibara qulaq asın. Onun

215
00:15:55,220 --> 00:15:59,900
qəşəng biznes nyuxu var. O bilir nə deyir.

216
00:16:01,580 --> 00:16:06,460
Mən sizin işi sizdən yaxşı bilmirəm və düşünürəm ki, siz mənim işimi məndən yaxşı

217
00:16:06,460 --> 00:16:11,420
bilə bilməzsiniz. Ona görə ssenaridə qız yazılıb və biz qız çəkəcəyik. Bu müzakirə

218
00:16:11,420 --> 00:16:11,740
olunmur.

219
00:16:11,820 --> 00:16:15,580
Qardaş, biz demirik ki, biz sənin işini səndən yaxşı bilirik.

220
00:16:16,620 --> 00:16:22,620
O qıza pulu verəcəksən, aktrisaya? Vermə də, götür o pulu qoy büdcənin üstünə. Qazan da.

221
00:16:23,260 --> 00:16:25,780
Funtiki çəkək onun yerinə. Vəssalam da.

222
00:16:26,740 --> 00:16:32,380
Anar qardaş, orada o arvadı vuranda, arvadın ağzından qan gəlir, hə?

223
00:16:33,140 --> 00:16:33,500
Bəli.

224
00:16:34,100 --> 00:16:34,140
Uuu,

225
00:16:35,740 --> 00:16:36,740
ətim ürpəşdi.

226
00:16:36,860 --> 00:16:39,180
Sən də pis oldun. Həə, yox, yox.

227
00:16:39,190 --> 00:16:41,650
Hə, mənə də danışanda belə bir təhər oldum e. 

228
00:16:41,660 --> 00:16:46,860
Anar qardaş, gör nə deyirəm, xalaoğlu, bir dənə qulaq as. Bəlkə o arvadı vuranda

229
00:16:47,780 --> 00:16:53,420
qan yerin. O həm də qutunun üstündə qan çox pis görünəcək. Elə reklam olur?

230
00:16:54,540 --> 00:16:56,780
Bəlkə ondansa, qanın yerinə

231
00:16:59,220 --> 00:17:05,180
Super ideyadır. Hə. Başa düşmədim. Qanın yerinə nə tökülür? Bildiyimiz

232
00:17:05,180 --> 00:17:09,060
semişka. Həm də biz Bizim holdinqin günəbaxanlarıdır

233
00:17:09,060 --> 00:17:13,300
da, xalaoğlu. O biri var qara, biri var ağ, ondan deyil. Bu ikisidir. 

234
00:17:13,310 --> 00:17:18,380
Həm qaralı, həm ağlıdır, həm də bu yağın adı ilə eyni addadır da, eyni məhsuldur. Elə bil ki,

235
00:17:18,380 --> 00:17:23,460
xalaoğlu pis çıxmasın, bir güllə ilə iki quş vurmuş olarıq da. Paralel reklam.

236
00:17:23,500 --> 00:17:25,220
Ağzından semiçka tökülür də.

237
00:17:26,780 --> 00:17:31,940
Etibar, özü də indi fikirləşdim ki, o arvadını döyən gədə

238
00:17:32,460 --> 00:17:36,460
bilinmir də kimi seçəcəklər bunlar. Bizə tanınmış sima lazımdır.

239
00:17:36,660 --> 00:17:41,900
Sima, problem yoxdur ki, sənin əlini öpürlər də, xalaoğlu. Biz elə bütün gün onlarla bir

240
00:17:41,900 --> 00:17:47,820
yerdəyik də hər axşam. Dayan. Bəlkə Anarı çəkək.

241
00:17:48,220 --> 00:17:48,900
Anar kimdir?

242
00:17:49,300 --> 00:17:52,580
Almazov, tanıyırsan? Anar Almazov.

243
00:17:52,860 --> 00:17:54,180
Ə o Paşinyanı oynayan gədə?

244
00:17:54,380 --> 00:17:56,300
Ay sağ ol, o qardaş uşağıdır.

245
00:17:56,460 --> 00:17:56,500
Hə.

246
00:18:01,620 --> 00:18:05,580
Bu dəqiqə ondan məşhur kim var? Mən bütün gün onunla bir yerdəyəm. O gün yığdın e

247
00:18:05,580 --> 00:18:08,260
kababda olanda? O idi də, dalımdakı o idi də.

248
00:18:08,270 --> 00:18:09,270
Hə, götür onu.

249
00:18:10,180 --> 00:18:12,220
Camaat onun necə istəyir xətrini?

250
00:18:12,740 --> 00:18:17,580
Yəni mən sizi düz başa düşdüm də. Siz təklif eləyirsiniz ki, bu aktyoru çıxardaq

251
00:18:17,580 --> 00:18:20,000
ordan, onun yerinə Anar bəy Almazov oynasın. 

252
00:18:20,010 --> 00:18:23,000
Yəni sizcə Anar bəy bu rola razılaşar?

253
00:18:23,540 --> 00:18:28,300
Qardaş, tanınmış sima vurmalıdır da. Da bu boyda reklam çəkirik. O aktyoru heç kim

254
00:18:28,300 --> 00:18:34,060
tanımır aaa sən təklif elədiyini. Qoy Anar vursun. İnsanlar da bir sevdiyi simaya

255
00:18:34,060 --> 00:18:35,380
baxsın. Dübbədüz.

256
00:18:37,500 --> 00:18:41,540
Mehman bəy, Etibar bəy, mən sizə uğurlar arzu eləyirəm. Mən belə başa düşürəm ki,

257
00:18:41,540 --> 00:18:46,540
siz bu işi məndən daha yaxşı bilirsiniz. Ona görə siz bilən məsləhətdir. Anar, Anar,

258
00:18:47,180 --> 00:18:47,740
otur,

259
00:18:47,740 --> 00:18:52,540
müəllimin sözünü kəsmə. Otur, otur. Qardaş, bu reklam partlayış olacaq. İki nəfər

260
00:18:52,540 --> 00:18:54,000
burda sənə deyir yaxşıdır. 

261
00:18:54,010 --> 00:18:55,100
Ehtiyac yoxdur.

262
00:18:55,110 --> 00:18:58,500
Ay Anar, sən bu reklamı çəkəcəksən.

263
00:18:59,260 --> 00:19:04,000
Oyan-buyan eləmə. Biz sənə sadəcə ideyada kömək eləyirik də, pislik eləyirik? 

264
00:19:04,000 --> 00:19:06,540
Özünüz çəkin də, siz məndən yaxşı bilirsiz axı, özünüz çəkin.

265
00:19:06,580 --> 00:19:08,000
Biz özümüz əgər bu reklamı çəkiriksə,

266
00:19:08,200 --> 00:19:10,780
onda səni nə üçün bura çağırılmışıq? Deyirik sən çək.

267
00:19:10,780 --> 00:19:13,000
Onda niyə icazə vermirsiz mən öz bildiyim kimi çəkim? 

268
00:19:13,000 --> 00:19:18,460
Ay Anar, səbrli ol, təmkinli ol, otur aşağı bizim söhbət hələ qurtarmayıb.

269
00:19:18,460 --> 00:19:20,580
Hörmətsizlik eləmə. Eşit, gör nə deyirəm.

270
00:19:20,780 --> 00:19:23,200
Otur da, otur. Yekə oğlansan, uşaq kimi bunu nə di ala ...

271
00:19:23,201 --> 00:19:27,740
sən imkan ver o uşaq orda semiçkasını çırtlasın, şeirini desin.

272
00:19:28,940 --> 00:19:34,820
Bax biz iki dənə məhsulumuzu reklama soxduq, düzdürmü? Həm avtomobildə

273
00:19:34,820 --> 00:19:40,460
motorxananın problemini həll eləyirik yağnan. Həm də məişətdə istifadə olunan ən

274
00:19:40,460 --> 00:19:45,180
tanınmış qida atributunu da reklam eləyirik. Mədə-həzm sisteminə köməklik eləyirik.

275
00:19:45,340 --> 00:19:50,540
Üstəlik, qadın zorakılığına qarşı sənin ideyanını salırıq reklama? Salırıq.

276
00:19:51,100 --> 00:19:54,380
Qanı, vəhşəti yığışdırırıq kadrajdan? Yığışdırırıq.

277
00:19:55,500 --> 00:20:00,980
Qardaş, nə istəyirsən? Etibar düz deyir də. Bir güllə ilə iki dovşan vururuq da,

278
00:20:00,980 --> 00:20:04,660
Biz də qazanaq, sən də qazan da. Nəyi istəyirsən daha? Hər şeyi verdik də.

279
00:20:04,940 --> 00:20:08,780
Mehman bəy, siz özünüz özünüzü eşidirsiniz? Yəni siz necə təsəvvür eləyirsiniz ki,

280
00:20:08,780 --> 00:20:14,100
fonda hansısa uşaq şeir deyir, kiminsə ağzından semiçka tökülür qanın əvəzinə. Niyə

281
00:20:14,100 --> 00:20:18,140
bir kişi evə girəndə maşın yağı ilə girsin? Yəni bu bu absurddur axı, vallah absurddu.

282
00:20:18,260 --> 00:20:24,260
Xətrimə dəyirsən e. Nə təhər yəni yağı hardan alır? Bu mənim müştərimdir. Bizim

283
00:20:24,260 --> 00:20:28,860
mallardan istifadə eləyir Anar. Yağ da istifadə eləyir, semiçka da istifadə eləyir.

284
00:20:29,060 --> 00:20:34,180
Şeirə gələndə isə uşaq ideologiyanı təbliğ eləyir. Ana haqqında, anaya sevgi haqqında

285
00:20:34,180 --> 00:20:36,300
şeir deyir. Planşetdə oynamır ha?

286
00:20:37,540 --> 00:20:42,740
Hə. Anar da evə gələndə yolüstü yadına düşüb ki, maşına yağ lazım. Dükandan alıb

287
00:20:42,740 --> 00:20:44,540
əlindədi. Nə var ki, burda?

288
00:20:51,900 --> 00:20:52,680
Uzatdıq a

289
00:20:53,000 --> 00:20:57,920
Nə deyirsiz? Mehman bəy, siz harda görmürsünüz ki, maşın yağını marketdə

290
00:20:57,920 --> 00:21:00,120
satsınlar, hə? Mehman, mən

291
00:21:00,120 --> 00:21:02,520
şəxsən öz adıma birmənalı hə deyirəm.

292
00:21:03,120 --> 00:21:03,600
Gəlin. Üzr istəyirəm. Alo.

293
00:21:05,560 --> 00:21:07,000
Nədir tapbatarap yığırsan?

294
00:21:07,000 --> 00:21:10,000
Mehman bəy, siz düşünürsünüz ki, əgər siz sifariş verirsinizsə,

295
00:21:10,010 --> 00:21:11,010
Mehman müəllim, sifarişinizi hara qoyum?

296
00:21:10,760 --> 00:21:14,000
biz icra eləyiriksə deməli siz hər şeyə barmaq eləyə bilərsiniz?!. Mehman

297
00:21:14,000 --> 00:21:18,920
bəy, Mehman bəy, mən beş ildir bu sahədəyəm və mən ilk dəfədir ki, belə bir

298
00:21:18,920 --> 00:21:22,880
haqsızlıqla qarşılaşıram. Problem məndədir. Problem məndədir ki, mən bütün işimi

299
00:21:22,880 --> 00:21:26,000
gücümü atdım gəlmişəm bu sizlə bu sifarişi müzakirə eləyəm.

300
00:21:27,000 --> 00:21:28,560
Mehman bəy, siz ümumiyyətlə məni eşidirsiniz?

301
00:21:30,320 --> 00:21:35,240
Mehman bəy. Və Oskar gedir Anar müəllimə ideyasına görə.

302
00:21:36,520 --> 00:21:36,760
İnşallah.

303
00:21:38,560 --> 00:21:40,320
Bu manikenləri təzə buraxırıq.

304
00:21:41,360 --> 00:21:45,960
Bunları Neftçilər prospektində, sonra mollarda o bahalı butiklər var, ora satacağıq.

305
00:21:46,720 --> 00:21:49,200
Mən bunun üçün də sizə bir qəşəng reklam çəkdirəcəm.

306
00:21:49,520 --> 00:21:49,960
Mehman bəy.

307
00:21:50,000 --> 00:21:55,840
Mən gedim. Anar, qulaq as. Sənə qəşəng

308
00:21:55,840 --> 00:22:00,400
axırıncı təklif eləyirəm. Çıx get, sənin o döyülən qadını ordan çıxar, onun yerinə

309
00:22:00,400 --> 00:22:06,280
bir tanınmış müğənnini sal. Mən də sənə istədiyin büdcəni əvvəlcədən, avanssız

310
00:22:06,280 --> 00:22:12,000
verirəm. Tanınmış müğənninin də qanararını atdelni verirəm. 

311
00:22:14,000 --> 00:22:15,000
Hə?

312
00:22:54,000 --> 00:22:58,500
Nə oldu qardaşım? Nə dedilər? 7500-ə razılaşırlar?

313
00:22:59,000 --> 00:23:01,500
Yox, 3500-ə razılaşdılar.

314
00:23:01,500 --> 00:23:02,800
Nə? 3500?

315
00:23:02,800 --> 00:23:06,000
Neyniyək? Bir təhər basaq çəkək də bunu. Biz də pul qazanmalıyıq da.

316
00:23:06,010 --> 00:23:07,400
3500-ə necə çəkəcəyik? 

317
00:23:07,410 --> 00:23:09,000
Nə bilim, ordan burdan kəsərik də. 

318
00:23:09,010 --> 00:23:12,000
Səssizin pulunu verməyəcəyəm sənin üçün. Kamranı xodduyaq? 

319
00:23:12,010 --> 00:23:13,010
Kamranı xodduyaq.

320
00:23:23,080 --> 00:23:23,920
Nə dadlıdır?

321
00:23:27,560 --> 00:23:33,400
Oğlum, bəlkə deyirəm gizlən-qaç oynayaq hə? Yaxşı. Ona kimi say, mən səni

322
00:23:33,400 --> 00:23:37,000
tapacağam. Yaxşı, get. Get gizlən.

323
00:23:37,000 --> 00:23:44,200
Bir, iki, üç, dörd, beş,

324
00:23:44,840 --> 00:23:48,800
altı, yeddi, səkkiz

325
00:23:48,810 --> 00:23:49,810
Qapını aç, tez ol!

326
00:23:49,300 --> 00:23:51,980
doqquz, on

327
00:23:53,320 --> 00:23:54,320
Qapını niyə açmırsan?

328
00:23:54,440 --> 00:23:56,240
Uşaqla oynayırdım da.

329
00:24:05,000 --> 00:24:07,800
Evimizin işığı, gözəl anam, şən anam. 

330
00:24:07,810 --> 00:24:10,810
Səndən başqa kimin var? Həmdənimsən, sən anam.
