1
00:00:33,000 --> 00:00:34,200
o

2
00:00:34,200 --> 00:00:36,200
b

3
00:00:36,200 --> 00:00:38,760
j

4
00:00:38,320 --> 00:00:40,880
n

5
00:00:40,280 --> 00:00:42,360
l

6
00:00:42,440 --> 00:00:44,520
n

7
00:00:47,480 --> 00:00:52,900
Damdan yıxılıb deyirsən, hə? Hə ,doktor, keçən il. Amma gözü təzəlikcə zəifləyib.

8
00:00:54,920 --> 00:00:57,760
Onunla nə isə əlaqəsi ola bilər?

9
00:00:56,360 --> 00:01:03,920
Niyə ola bilməz ki? Sinir sistemində pozuntu ola bilər.

10
00:01:04,400 --> 00:01:10,400
Olsun ki, uşaq yıxılanda qorxub, stres keçirib, belə şeylər olur.

11
00:01:11,200 --> 00:01:12,840
Əsəbdəndir.

12
00:01:12,900 --> 00:01:14,100
Nə deyim vallah.

13
00:01:15,500 --> 00:01:22,200
Nə deyəcəksən? Gec gətirmisən, gecikdirmisən uşağı. Vaxtında gətirmək lazım idi.

14
00:01:23,000 --> 00:01:29,280
Doktor, bilən kimi gətirmişəm. Özün bilirsən, tək uşaqdır. Üstündə yarpaq kimi əsirəm.

15
00:01:37,700 --> 00:01:40,280
Atasından necə, bir xəbər var?

16
00:01:49,500 --> 00:01:50,900
Müalicəni özün bilirsən də.

17
00:01:52,000 --> 00:01:53,000
Çox bahadır.

18
00:02:15,000 --> 00:02:16,000
Yaxın gəl, oğlum.

19
00:02:16,800 --> 00:02:17,700
Gəl bura.

20
00:02:20,850 --> 00:02:23,300
Ay sağ ol, bax belə.

21
00:02:26,680 --> 00:02:28,680
Gündə üç-dörd saat bununla gəzsin.

22
00:02:30,000 --> 00:02:35,360
Qoy zəif gözə güc düşsün. Göz biraz inkişaf eləsin.

23
00:02:35,850 --> 00:02:37,300
Xeyri olacaq.

24
00:02:39,900 --> 00:02:42,320
Rəngləri necə? Seçə bilir?

25
00:02:42,360 --> 00:02:44,760
Bilmirəm.

26
00:02:52,000 --> 00:02:53,520
Bu.

27
00:02:53,900 --> 00:02:55,000
Alma.

28
00:02:55,500 --> 00:03:01,300
Yox, adını soruşmuram, rəngi. Hansı rəngdir? Yaşıl?

29
00:03:01,360 --> 00:03:03,880
Ay sağ ol. Bəs bu?

30
00:03:04,480 --> 00:03:07,150
Sarı? Ihı.

31
00:03:07,800 --> 00:03:09,320
Bu?

32
00:03:14,800 --> 00:03:16,200
Qara?

33
00:03:18,200 --> 00:03:21,320
Yaxşı bax, oğlum. Diqqətli ol.

34
00:03:28,520 --> 00:03:33,280
Boz. Yox, qara.

35
00:03:48,300 --> 00:03:53,280
Xoş gəldin! A kişi, bir qulaq as. Ayə, qulaq zad asmıram. Dedim yox, deməli yox!

36
00:03:53,680 --> 00:03:58,920
Şamil kişi. Ağlın ona-buna getməsin, mən bu bağı min bir əziyyətlə əkib-becərmişəm.

37
00:03:58,920 --> 00:04:04,600
İndi istəyirsiniz mənim əziyyətimin içinə tüpürəsiniz, məhv eləyəsiniz? Xoş gəldin!

38
00:04:05,000 --> 00:04:09,200
Sən bir az da fikirləş. Bizi bu qədər ziyana salma. 

39
00:04:09,750 --> 00:04:13,450
Sizdən xahiş eləyən var idi? Siz zavod tikəndə məndən

40
00:04:13,450 --> 00:04:19,400
soruşmuşdunuz? Gedin ayrı yerdə tikin. Mən satmıram, vəssalam. Nə qədər sağam, ölməmişəm,

41
00:04:19,400 --> 00:04:24,360
 bu torpaqdan əlinizi üzün. Nə olar? Xoş gəldin. Nə olar?

42
00:04:24,360 --> 00:04:27,480
Az qalıb, o günü də görəcəyik, inşallah.

43
00:04:29,000 --> 00:04:34,200
Ə, nə olub? Cavan qoçlar kimi nə vuruşursunuz? Get onu başa sal.

44
00:04:37,500 --> 00:04:40,200
Nədir, ə, sən də bağ almağa gəlmisən?

45
00:04:42,120 --> 00:04:47,100
Nə bağı, Şamil dayı? Srağagün səndən nar çilingi xahiş eləmişdim, e, onları aparmağa

46
00:04:47,100 --> 00:04:53,080
gəlmişəm. Balam, bu kənddə məndən başqa nar əkən yoxdur? Kimə çilik lazım olur,

47
00:04:53,080 --> 00:04:54,080
mənim üstümə gəlir.

48
00:04:55,200 --> 00:04:56,480
Niyə hirslənirsən ki?

49
00:04:58,120 --> 00:04:59,360
Bəs kimin üstünə gedək?

50
00:05:00,900 --> 00:05:04,000
Gedib belə allahsızlara ağız açaq?

51
00:05:08,000 --> 00:05:11,000
Dey, götür, götür apar.

52
00:05:11,010 --> 00:05:13,010
Sağ ol, e, Allah köməyin olsun, vallah.

53
00:05:14,000 --> 00:05:17,000
Kənddə səndən ağac payı almayan bağ qalmayıb.

54
00:05:17,100 --> 00:05:18,200
Allah razı olsun, Şamil dayı. 

55
00:05:18,200 --> 00:05:20,200
Yaxşı, yaxşı, yaltaqlama, halal xoşun.

56
00:05:22,850 --> 00:05:24,110
O nədir elə, gözünə taxmısan?

57
00:05:25,900 --> 00:05:27,100
Həkim tapşırıb.

58
00:05:34,100 --> 00:05:35,860
Baba, narlar nə rəngdədir?

59
00:05:40,600 --> 00:05:42,300
Sən gərək onun başını yoxlatdırardın.

60
00:05:43,000 --> 00:05:45,100
Narlar nə rəngdədir?

61
00:05:45,500 --> 00:05:48,250
Narlar qırmızı olur, yaşıl olur.

62
00:05:49,500 --> 00:05:56,220
Onların ortalığında qırmızı yaşıl. Belə. Dur, dur get o

63
00:05:56,940 --> 00:05:59,000
xarab olmuş narları seç, dur.

64
00:06:02,700 --> 00:06:04,100
Bu gecə qəribə yuxu görmüşəm.

65
00:06:06,140 --> 00:06:08,400
Görürəm bu ağacın budağı uzanıb pəncərəyə dirənir.

66
00:06:11,180 --> 00:06:13,180
Narlar da pəncərəyə çırpılıb partlayır.

67
00:06:18,140 --> 00:06:20,020
Sonra görürəm narın suyu şüşədə qan kimi axır.

68
00:06:26,060 --> 00:06:27,340
Görəsən xeyrədir?

69
00:09:05,000 --> 00:09:06,900
Atana lənət, it yiyəsi!

70
00:10:11,500 --> 00:10:13,700
Ağlına da gətirmə.

71
00:10:17,710 --> 00:10:19,710
Salamlaşmağın da həmişəki kimidir də.

72
00:10:23,000 --> 00:10:27,900
Gedəndə nə təhər sağollaşdınsa, gələndə salamın da elə olmalıdır.

73
00:11:24,000 --> 00:11:26,440
Paltarlarını çarpayının üstünə qoymuşam.

74
00:11:28,700 --> 00:11:30,000
Əynini dəyiş.

75
00:12:44,000 --> 00:12:46,000
Bəs televizorun yoxdur?

76
00:12:47,480 --> 00:12:48,480
Yox.

77
00:12:50,200 --> 00:12:52,200
Xarab olmuşdu, atdım çardağa.

78
00:12:54,000 --> 00:12:56,760
Neyləyirəm mən bu yaşımda televizoru?

79
00:13:03,200 --> 00:13:05,320
Mənimki, de, ağaclardır.

80
00:13:08,960 --> 00:13:10,300
Xəstələnərsən.

81
00:13:12,000 --> 00:13:13,310
Götür, iç bunu.

82
00:13:26,000 --> 00:13:27,000
Hə.

83
00:13:28,440 --> 00:13:30,700
Sən içən zəhrimandan deyil axı.

84
00:13:33,000 --> 00:13:35,240
Öyrəşməmisən sən belə şeylərə.

85
00:13:37,000 --> 00:13:38,720
Sənin dərmanın ayrıdır.

86
00:13:40,640 --> 00:13:42,160
Atmışam mən o zəhrimarı.

87
00:13:42,900 --> 00:13:44,320
Çoxdan atmışam.

88
00:13:44,330 --> 00:13:46,330
İnanan daşa dönsün.

89
00:13:49,000 --> 00:13:50,000
Nə olub, ay dədə?

90
00:13:56,400 --> 00:13:58,560
Neçə vaxtır yoxa çıxmısan.

91
00:14:00,600 --> 00:14:04,520
Birdən-birə gecənin qaranlığından peyda olmusan.

92
00:14:06,400 --> 00:14:09,100
İndi soruşursan ki, nə olub, ay dədə?

93
00:14:11,080 --> 00:14:13,040
Hardasan, ə, sən bu neçə vaxtdır?

94
00:14:15,600 --> 00:14:21,100
Rəhmətlik anan heç, mən cəhənnəməmə, bəs demirsən ailəm var mənim?

95
00:14:22,700 --> 00:14:24,000
On iki ildir gənc,

96
00:14:25,000 --> 00:14:29,320
cavan gəlini tək qoymusan bir uşaqla damın altında.

97
00:14:31,800 --> 00:14:35,320
Nə gedirsən, nə gəlirsən, nə xəbər tutursan.

98
00:14:40,720 --> 00:14:46,400
Bilirəm, ay dədə, hər şeydən xəbərim var. Hamınızdan xəbər alıram.

99
00:14:49,480 --> 00:14:55,680
Neyniyim? Belə alındı, qismət. Ayə! Heç nə demə, ay dədə.

100
00:14:56,960 --> 00:14:58,360
Mənimki belə gətirirdi.

101
00:15:01,880 --> 00:15:05,520
Şükür, indi hər şey yaxşıdır.

102
00:15:07,100 --> 00:15:08,240
İmkanım da var.

103
00:15:11,200 --> 00:15:17,400
Nə isə pul kisələrini görmürəm. Görünən odur ki, bir həsirsən, bir Məmmədnəsir.

104
00:15:21,200 --> 00:15:24,160
İndiki pul kisələri belə olur, ay dədə.

105
00:15:23,900 --> 00:15:26,000
Rusetdə yaxşı iş qurmuşam.

106
00:15:26,999 --> 00:15:28,500
Kimdən soruşsan, məni tanıyır.

107
00:15:32,160 --> 00:15:36,400
Rəhmətlik mamam demiş, beş kişinin biriyəm.

108
00:15:45,500 --> 00:15:47,150
Arvad-uşağı oyatma.

109
00:15:49,780 --> 00:15:51,780
Bu gecəlik ananın yerində yatarsan.

110
00:15:54,460 --> 00:15:55,460
Səhər də gedib

111
00:15:56,700 --> 00:15:58,420
qəbrini ziyarət eləyərsən.

112
00:16:01,820 --> 00:16:04,460
Yazıq sənin dərdindən çərlədi öldü.

113
00:16:07,000 --> 00:16:10,700
Qurbanın olum, ay dədə, elə demə. Yazığın gəlsin, e, mənə.

114
00:16:11,200 --> 00:16:14,660
Yazıq ilan vursun səni, ha.

115
00:17:14,200 --> 00:17:15,860
Sabahın xeyir, qızım.

116
00:17:16,700 --> 00:17:18,540
Deyəsən, soyuqlamısan.

117
00:17:22,100 --> 00:17:24,180
Bütün gecəni öskürürdün.

118
00:17:27,780 --> 00:17:29,050
Yuxun çin çıxdı.

119
00:18:04,990 --> 00:18:06,780
Atandır, bala.

120
00:18:06,790 --> 00:18:07,790
Get görüş.

121
00:18:28,000 --> 00:18:29,000
Maşallah!

122
00:18:29,660 --> 00:18:32,000
Əməlli yekəlib.

123
00:18:33,200 --> 00:18:34,460
Gözünə nə olub?

124
00:18:37,500 --> 00:18:39,000
Damdan yıxılıb.

125
00:18:42,580 --> 00:18:44,580
Gözü də o vaxtdan zəiflədi.

126
00:18:49,500 --> 00:18:51,950
Həkim tapşırıb taxsın.

127
00:18:53,000 --> 00:18:54,740
Damdan yıxılıb, sən hara baxırdın?

128
00:19:39,900 --> 00:19:41,700
Xəbərin oldu?

129
00:19:43,900 --> 00:19:45,060
Bu gecə

130
00:19:46,000 --> 00:19:48,220
evi az qala su basmışdı.

131
00:19:50,500 --> 00:19:52,000
Nə təhər yəni?

132
00:19:52,010 --> 00:19:53,500
Bəs bilmədin?

133
00:19:55,300 --> 00:19:59,460
Çardaq bütün gecəni aşsüzən kimi damırdı.

134
00:20:03,100 --> 00:20:07,060
Bəlkə, köməkləşək damı düzəldək, hə?

135
00:20:08,000 --> 00:20:08,700
Nə deyirsən?

136
00:22:00,300 --> 00:22:01,000
Cəlal,

137
00:22:02,750 --> 00:22:05,240
bilirsən nə gözəl bağımız var?

138
00:22:06,000 --> 00:22:08,360
Buradan elə qəşəng görsənir.

139
00:22:09,600 --> 00:22:12,160
Gəl, qoy onu qoy. Qoy gəl sən də bax.

140
00:22:18,200 --> 00:22:20,040
Görürsən, nə qəşəngdir.

141
00:22:28,300 --> 00:22:30,000
Çıxar bunu gözündən.

142
00:22:33,850 --> 00:22:35,000
Atan da qayıtdı.

143
00:22:36,500 --> 00:22:38,000
Bundan sonra

144
00:22:39,080 --> 00:22:41,080
bir yerdə yaşayarsınız.

145
00:22:46,200 --> 00:22:48,300
Mən istəmirəm, e, o bizimlə qalsın.

146
00:22:50,400 --> 00:22:51,400
Elə demə, bala.

147
00:22:53,200 --> 00:22:54,520
O sənin atandır.

148
00:22:56,800 --> 00:22:58,000
Mən qocalmışam.

149
00:23:00,200 --> 00:23:02,100
Bugün-sabah öləcəm.

150
00:23:03,440 --> 00:23:05,040
Sizə bir arxa dayaq lazımdır.

151
00:23:15,050 --> 00:23:16,050
Cəlal.

152
00:23:19,000 --> 00:23:20,160
Cəlal!

153
00:24:14,000 --> 00:24:16,000
Cəlal!

154
00:24:18,720 --> 00:24:21,200
Ay Cəlal!

155
00:25:16,440 --> 00:25:17,680
Bu da mənim yerimdir.

156
00:25:19,690 --> 00:25:21,690
Mənə yer çatmayıb, deyəsən.

157
00:25:23,840 --> 00:25:25,000
Nə eləyirsən yeri?

158
00:25:27,910 --> 00:25:30,910
Sən, onsuz da, çöllərdə öləcəksən

159
00:25:35,800 --> 00:25:41,080
Rus qəbirstanlığında basdırılacaqsan, məsələ də bitəcək.

160
00:25:43,240 --> 00:25:47,240
Deyirəm də, mənə bu evdə heç vaxt yer olmayıb.

161
00:25:55,000 --> 00:25:57,000
Sən həmişə rəhmətliyi düşünmüsən.

162
00:25:59,000 --> 00:26:00,560
İndi də heç dəyişməmisən.

163
00:26:01,500 --> 00:26:03,340
Axmaq-axmaq danışma.

164
00:26:04,010 --> 00:26:06,200
Mən heç vaxt sizin aranızda fərq qoymamışam.

165
00:26:11,260 --> 00:26:13,100
Beş barmağın beşi də birdir.

166
00:26:13,200 --> 00:26:16,060
Fərq qoymusan, dədə, çox fərq qoymusan.

167
00:26:17,990 --> 00:26:20,060
Mən həmişə yad olmuşam sənə.

168
00:26:22,900 --> 00:26:24,000
Sənin bir oğlun olub.

169
00:26:26,100 --> 00:26:27,500
Mən də ki, elə-belə.

170
00:26:32,000 --> 00:26:35,800
Uşaq vaxtı, bilirsən, nə fikirləşirdim? Deyirdim heç, bəlkə də, mən sizin övladınız

171
00:26:35,800 --> 00:26:38,100
deyiləm. Hardansa götürüb saxlamısınız məni.

172
00:26:39,000 --> 00:26:41,000
Əl çəkmirsən bu paxıllığından.

173
00:26:43,180 --> 00:26:47,000
Ömrü boyu həsəd aparmısan qardaşına. Axırına çıxdın.

174
00:26:48,700 --> 00:26:50,580
İndi də qəbir davası eləyirsən.

175
00:26:51,800 --> 00:26:52,940
Deyirəm də,

176
00:26:54,540 --> 00:26:59,260
mən də dünəndən gözləyirəm görüm, nə vaxt deyəsən bunları. Sağ ol, dədə, çox dözdün.

177
00:26:59,800 --> 00:27:01,500
De gəlsin, boşald ürəyini.

178
00:27:03,000 --> 00:27:05,700
Onsuz da, sən deyənin on qatını hər gün özüm-özümə deyirəm.

179
00:27:07,200 --> 00:27:11,820
Sən nəyə gəlmisən bura? Sən gəlmisən mənim axırıma çıxasan?

180
00:27:12,400 --> 00:27:18,060
Əşi, sən özün kimin istəsən axırına çıxarsan o acı dilinlə. Nəysə.

181
00:27:19,020 --> 00:27:20,100
Bir halda da ki, soruşdun, niyə gəlmişəm,

182
00:27:21,600 --> 00:27:22,820
deyim də.

183
00:27:24,700 --> 00:27:26,180
Gəlmişəm ailəmi aparım.

184
00:27:27,400 --> 00:27:28,900
Mən harada, onlar da orada.

185
00:27:39,910 --> 00:27:41,100
Sara nə deyir bu işə?

186
00:27:42,300 --> 00:27:44,050
Hələ deməmişəm.

187
00:27:44,740 --> 00:27:46,780
Narahat olma, mən onu razı salaram.

188
00:27:48,700 --> 00:27:53,740
Sənə nə var ki, sən ilanı da yuvasından çıxardarsan.

189
00:27:55,900 --> 00:27:57,200
Onu razı salarsan,

190
00:27:57,780 --> 00:27:59,140
amma Cəlalı çətin.

191
00:28:01,500 --> 00:28:02,500
Bilirəm, hə.

192
00:28:03,700 --> 00:28:04,780
Deyirəm,

193
00:28:07,000 --> 00:28:08,580
onu da, bəlkə, sən razı salasan.

194
00:28:16,020 --> 00:28:18,660
Qarışdırma məni bu söhbətə.

195
00:28:19,140 --> 00:28:23,300
O sən, o da külfətin! Özünüz həll eləyin.

196
00:28:24,140 --> 00:28:26,500
Qoy məni rahat ölüm.

197
00:29:08,860 --> 00:29:12,940
Dedim belə havada evdə yemək günahdır. Süfrəni burda açdıq.

198
00:29:13,180 --> 00:29:15,020
Düz eləmisən, qızım, düz eləmisən.

199
00:29:48,100 --> 00:29:49,500
Gəl, otur.

200
00:29:57,700 --> 00:29:58,300
Yenə?

201
00:30:05,856 --> 00:30:07,310
Di, bismillah eləyin.

202
00:30:15,060 --> 00:30:17,380
Şalvarın cırılıb, verərsən tikərəm.

203
00:30:17,940 --> 00:30:20,260
Hə, yaxşı yadıma düşdü.

204
00:30:22,600 --> 00:30:24,580
Gələndə azmışdım, yolu itirirdim.

205
00:30:25,300 --> 00:30:29,180
Dedim, çəpəri aşım ki, yolu kəsəliyim. Sən demə, həyətdə it var imiş.

206
00:30:31,500 --> 00:30:33,020
Yaxşı canım qurtardı.

207
00:30:35,660 --> 00:30:37,180
Elə bil, bağın yolu dəyişib.

208
00:30:38,800 --> 00:30:43,000
Çox şey dəyişib bu kənddə. Sara, çörək ver.

209
00:30:43,000 --> 00:30:47,020
Rasim dayı qonşuluqda hamının torpağını alıb.

210
00:30:48,140 --> 00:30:50,580
Yolumuz da qalıb həyətlərin ortasında.

211
00:30:51,660 --> 00:30:53,900
İndi gərək dolanıb gələsən bizə.

212
00:30:56,000 --> 00:30:57,100
Hansı Rasimi deyir?

213
00:30:58,860 --> 00:31:01,180
Selsavet Səmədin oğlu, sinif yoldaşın.

214
00:31:03,140 --> 00:31:04,180
Balqabaq Rasim?

215
00:31:05,000 --> 00:31:06,980
O ki iki eşşəyin arpasını bölə bilmirdi.

216
00:31:10,820 --> 00:31:11,540
İndi bölür.

217
00:31:14,000 --> 00:31:16,840
Arpa da bölür, buğda da satır,

218
00:31:17,840 --> 00:31:19,840
nar da satır,

219
00:31:20,920 --> 00:31:22,040
sex də işlədir,

220
00:31:23,100 --> 00:31:24,480
ailəsini saxlayır.

221
00:31:26,800 --> 00:31:30,040
İndi də bizim bağın yerində zavod tikmək istəyir.

222
00:31:31,800 --> 00:31:33,520
Ona görə ki, zirək adamdır.

223
00:31:43,000 --> 00:31:43,920
Nəysə e.

224
00:31:47,850 --> 00:31:49,700
Çörəyinizi yeyin, mən getdim. Mürgüləyim.

225
00:31:54,760 --> 00:31:57,000
Dayan, baba, mən də gəlirəm.

226
00:32:25,800 --> 00:32:28,800
Sara, bilirəm, məni bağışlamaq çətindir.

227
00:32:30,200 --> 00:32:30,680
Bu da odu.

228
00:32:31,690 --> 00:32:33,690
Beşinci sinifdə oxuyur.

229
00:32:35,800 --> 00:32:36,520
Yəni.

230
00:32:40,880 --> 00:32:41,600
Bu mənəm,

231
00:32:42,880 --> 00:32:47,600
əskərlikdən bir həftəlik evə buraxmışdılar.

232
00:32:47,800 --> 00:32:48,960
On doqquz yaşım var idi.

233
00:32:50,280 --> 00:32:53,400
Əmioğlanlarımla rayon mərkəzində çəkdirmişik.

234
00:32:56,320 --> 00:32:57,160
Bu, atamdır.

235
00:32:58,680 --> 00:33:02,240
Ona metirka almağa getmişdik. Üçümüz bir yerdə.

236
00:33:16,360 --> 00:33:19,000
O, anasının yerində yatacaq.

237
00:33:21,010 --> 00:33:23,010
Baxaq görək, başımıza nə gəlir.

238
00:33:29,000 --> 00:33:29,880
Get ananın yanına.

239
00:34:24,500 --> 00:34:26,000
İndi nə sürürüsən?

240
00:34:26,010 --> 00:34:27,010
Volvo

241
00:34:28,500 --> 00:34:30,500
Rusetdə daha Jiquli sürən yoxdur ki.

242
00:34:30,510 --> 00:34:31,510
Həqiqi deyirsən?

243
00:34:32,600 --> 00:34:33,800
Sən öl.

244
00:34:37,480 --> 00:34:39,480
Aqilinin Jiqulisi yadındadır?

245
00:34:42,960 --> 00:34:43,960
Sən evləndin?

246
00:34:45,000 --> 00:34:45,640
Hə.

247
00:34:46,100 --> 00:34:49,400
Hələ üç oğlum da var. Allah saxlasın.

248
00:34:49,680 --> 00:34:50,880
Allah saxlasın. Sağolun.

249
00:34:52,160 --> 00:34:52,880
Bir qaldı.

250
00:34:54,000 --> 00:34:56,080
Özüm də Rasimin ofisində işləyirəm.

251
00:34:58,200 --> 00:35:03,120
Rasim yadındadır da. Yaxşı yadımda. Balqabaq Rasim.

252
00:35:09,200 --> 00:35:11,080
Nə qaldı?

253
00:35:11,160 --> 00:35:14,640
Uşaqlar, məni bağışlayın, mən getməliyəm. Gedirsən?

254
00:35:14,650 --> 00:35:15,650
Hə. Çayın pulunu verdim.

255
00:35:15,900 --> 00:35:17,320
Hə, sağol, sağol.

256
00:35:19,640 --> 00:35:20,320
Yaxşı yol!

257
00:35:21,480 --> 00:35:22,400
Mərdan kişi,

258
00:35:24,080 --> 00:35:25,360
yaz dəftərə məni.

259
00:35:28,100 --> 00:35:28,800
Gəl də.

260
00:35:30,700 --> 00:35:32,600
Dayıoğlunun vəziyyəti pis deyil, ha.

261
00:35:34,700 --> 00:35:38,000
Bahalı siqaretlər çəkir, Volvo sürür.

262
00:35:39,160 --> 00:35:40,760
Maşallah.

263
00:35:43,360 --> 00:35:46,960
Onu vəziyyəti yaxşıdır? Cırıq şalvarda gəzir.

264
00:35:51,280 --> 00:35:52,880
Altıdır.

265
00:36:01,680 --> 00:36:02,960
Nə deyim, hə, sənə mən?

266
00:36:06,160 --> 00:36:10,320
Ə, sənə piyada çatmaq olmur. Gör, Rusetdə maşınla neyləyirsən, hə?

267
00:36:13,200 --> 00:36:17,640
Çayxanada idim, dedilər indi çıxmısən. Dedim, çatım sənə. Yaxşı elədin. Gedək?

268
00:36:18,000 --> 00:36:18,240
Gedək.

269
00:36:36,900 --> 00:36:38,500
Danış görüm, haralardasan?

270
00:36:39,260 --> 00:36:40,740
Bəzi şeylərdən xəbərim var.

271
00:36:43,000 --> 00:36:46,000
Amma atana demirdim ki, qoca kişidir ürəyinə salar.

272
00:36:47,020 --> 00:36:48,620
Dostlarından xəbərin gəlirdi.

273
00:36:50,180 --> 00:36:51,980
Əvvəl biraz pis gətirdi mənimki.

274
00:36:53,340 --> 00:36:56,100
Eşitmisənsə, bilərsən də. 

275
00:36:56,100 --> 00:36:58,340
Hə, xəbərim var. İndi vəziyyətin necədir?

276
00:36:59,000 --> 00:37:03,380
İndi yaxşıdır. Hə, əladır. Reysə düşüb.

277
00:37:03,200 --> 00:37:04,380
Lap yaxşı.

278
00:37:06,060 --> 00:37:07,700
Burada çox qalacaqsan, yoxsa birdəfəlik gəlmisən?

279
00:37:07,900 --> 00:37:11,020
Yox, əşi, gedirəm. İş-güc tökülüb qalıb orda. Lap yaxşı.

280
00:37:27,000 --> 00:37:27,500
Düş, gedək evə.

281
00:37:27,900 --> 00:37:34,700
Yox, tələsirəm. Evdə hər söhbəti eləmək olmur. Deyirəm, başqa vaxt gedib bir yerdə oturarıq, dərdləşərik, e.

282
00:37:35,180 --> 00:37:37,860
Sağlıq olsun. Nə vaxt desən, qulluğundayam.

283
00:37:44,260 --> 00:37:45,660
Sağol, Rasim. Sağol.

284
00:38:17,100 --> 00:38:18,820
 Cəlal, baban haradadır?

285
00:38:19,830 --> 00:38:20,830
Bağda işləyir. Hə.

286
00:38:38,840 --> 00:38:39,840
Çayın var? Dəm alır.

287
00:39:07,000 --> 00:39:08,500
Sizə də süzüm?

288
00:39:08,510 --> 00:39:09,510
Hə, qızım, süz.

289
00:39:11,620 --> 00:39:13,300
Ciyərim yanır bayaqdan.

290
00:39:41,500 --> 00:39:42,500
Harada idin?

291
00:39:43,540 --> 00:39:44,540
Çayçıda.

292
00:39:52,300 --> 00:39:53,300
Darıxırsan, deyəsən.

293
00:40:19,310 --> 00:40:20,310
Oyunçu aparsın.

294
00:40:29,000 --> 00:40:30,000
Hə, Mərdan kişi.

295
00:40:39,700 --> 00:40:41,010
Çox oldu. Hamısının pulu.

296
00:40:41,660 --> 00:40:45,540
Çox sağ ol, Qabil. Sağ ol, Mərdan kişi, sağ ol.

297
00:41:23,500 --> 00:41:25,000
Bilmirsən, bank harda var?

298
00:41:25,800 --> 00:41:27,020
Bilmirəm.

299
00:41:29,030 --> 00:41:31,030
Nəyinə gərəkdir ki bank?

300
00:41:32,500 --> 00:41:34,100
Nağd pulum qurtarıb.

301
00:41:35,740 --> 00:41:36,940
Deyirəm, gedim pul çıxardım.

302
00:41:42,800 --> 00:41:46,800
Rəngli plastmasların nə oldu? İşə yaramır?

303
00:41:47,360 --> 00:41:48,840
Yox, burada yaramır.

304
00:41:50,960 --> 00:41:55,080
Kənddə bir dənə bankomat var, o da işləmir. Gərək gedim rayondan tapım.

305
00:42:09,000 --> 00:42:11,080
Birini də içəcəm.

306
00:42:12,090 --> 00:42:14,090
Nuş.

307
00:42:18,840 --> 00:42:20,600
Dostum Qabilin sağlığına.

308
00:42:20,610 --> 00:42:21,610
Sağol.

309
00:42:33,600 --> 00:42:34,520
Yadında saxla.

310
00:42:36,040 --> 00:42:37,840
Nə problemin olsa, mən burdayam.

311
00:42:48,800 --> 00:42:49,850
Sağol.

312
00:42:52,000 --> 00:42:52,860
Dostluqdan əskik olma.

313
00:43:00,440 --> 00:43:01,640
Yaxşı, bu olmaldı ki.

314
00:43:12,000 --> 00:43:14,200
Borc almağın nədir, şot verməyin nə?

315
00:43:14,300 --> 00:43:18,760
Sən bilmərsən, gərək kənddə imicimi saxlayım da.

316
00:43:29,000 --> 00:43:31,320
Amma qiyməti çox aşağıdır.

317
00:43:31,360 --> 00:43:34,440
Bununla dolanmaq olmaz.

318
00:43:37,480 --> 00:43:39,160
Atanla getsən yaxşıdır. 

319
00:43:46,400 --> 00:43:47,500
Cəlal sözə gəlmir.

320
00:43:47,900 --> 00:43:48,900
Nə deyirəm, xeyri yoxdur.

321
00:43:49,910 --> 00:43:51,910
 Məndən xoşu gəlmir, deyəsən.

322
00:43:55,400 --> 00:43:56,160
Niyə gəlsin?

323
00:43:57,920 --> 00:43:59,640
Yazıq uşaq, atasız böyüyüb.

324
00:44:01,120 --> 00:44:02,480
Sən onun üçün yad adamsan.

325
00:44:04,960 --> 00:44:07,280
Bəlkə, elə bilsə ki, sən gedirsən, o da razılaşa.

326
00:44:09,900 --> 00:44:11,360
Xeyri yoxdur.

327
00:44:13,120 --> 00:44:15,200
Lap mən getsəm də, o, babasını qoyub getməyəcək.

328
00:44:17,880 --> 00:44:18,760
Yaxşı uşaqdır.

329
00:44:20,160 --> 00:44:21,200
Yaxşı böyütmüsən.

330
00:44:43,640 --> 00:44:44,640
Cəlal, bir şey çıxır?

331
00:44:51,240 --> 00:44:52,700
Ovun yaman zəifdir ha.

332
00:44:55,320 --> 00:44:56,320
Su soyuqdur.

333
00:44:56,760 --> 00:44:58,720
Bu vaxtlar balıq çörəyə az gəlir.

334
00:45:00,000 --> 00:45:03,320
Amma qurdla tutmaq yaxşı olardı. Qurdla tut da sən də.

335
00:45:04,840 --> 00:45:07,200
İyrənirəm, əllərimdən pis iy gəlir.

336
00:45:24,500 --> 00:45:25,000
Oppa.

337
00:45:37,880 --> 00:45:39,880
Demək, damdan yıxılmısan hə?

338
00:45:42,480 --> 00:45:43,480
Mamam dedi?

339
00:45:43,800 --> 00:45:45,000
Fərqi nədir, kim dedi?

340
00:45:46,500 --> 00:45:48,240
Yaxşı, nəyə çıxmışdın oraya?

341
00:45:50,440 --> 00:45:52,000
İstəyirdim görüm, orada nə var.

342
00:46:09,720 --> 00:46:10,640
Üşümürsən?

343
00:46:12,400 --> 00:46:13,120
Yox.

344
00:46:15,400 --> 00:46:16,240
Yaxşıdır belə.

345
00:46:47,840 --> 00:46:53,340
Yox ey, dədə, sən kömək eləməsən, bu iş çox uzanancaq.

346
00:46:54,420 --> 00:46:56,060
Ay oğul, guya, mən istəmirəm?

347
00:46:57,100 --> 00:47:02,460
Bilsəm sən ailənin üstündəsən, mən də rahat ölərəm. İntəhası, uşaq biraz tərsdir də.

348
00:47:03,100 --> 00:47:04,380
Hələlik yola gəlmir.

349
00:47:05,580 --> 00:47:11,100
Dədə, sən gənə denən də. Bir balaca yola gəlsin, qalanı mənlikdir.

350
00:47:12,860 --> 00:47:14,460
Yaman iş bilən olmusan.

351
00:47:21,500 --> 00:47:22,660
Да.

352
00:47:23,670 --> 00:47:24,500
Cлушаю.

353
00:47:25,500 --> 00:47:26,100
Cəlal.

354
00:47:27,800 --> 00:47:29,110
Ay Cəlal.

355
00:47:31,000 --> 00:47:32,000
Понедельник.

356
00:47:34,500 --> 00:47:35,500
Gəl bura, görüm.

357
00:47:36,000 --> 00:47:36,860
обещаю.

358
00:47:38,870 --> 00:47:39,870
Otur.

359
00:47:39,870 --> 00:47:40,870
Да.

360
00:47:43,420 --> 00:47:45,580
Не волнуйся. Всё будет нормально.

361
00:47:45,860 --> 00:47:47,300
обещаю.

362
00:47:47,940 --> 00:47:50,380
Не, не, не. Qabil,

363
00:47:51,500 --> 00:47:53,420
yemək hazırdır.

364
00:47:53,430 --> 00:47:58,430
Да. Ладно. 

365
00:48:05,180 --> 00:48:11,140
Yekə institutlar var, universitetlər var. Oxuyacaqsan, alim olacaqsan, nə bilim,

366
00:48:12,000 --> 00:48:13,820
mühəndis olacaqsan, həkim olacaqsan.

367
00:48:14,830 --> 00:48:19,830
Cəlal, bunu mən sənə deyirəm e, baban qurban.

368
00:48:21,500 --> 00:48:23,300
Mən səni çox istəyirəm axı, ay oğul.

369
00:48:25,000 --> 00:48:26,100
Ay bala.

370
00:48:27,740 --> 00:48:28,940
Mən səni.

371
00:48:35,420 --> 00:48:39,660
Ə, fikir vermə. Kim idi? Şərikim idi.

372
00:48:40,200 --> 00:48:42,060
Hə, işlə bağlı zəng eləyib.

373
00:48:43,400 --> 00:48:44,460
Salam deyir.

374
00:48:45,260 --> 00:48:46,620
Salam göndərən sağ olsun.

375
00:48:46,900 --> 00:48:47,500
De, balığımız da

376
00:48:47,500 --> 00:48:48,620
gəldi. Gəldimi?

377
00:48:49,780 --> 00:48:51,060
Gətir də, gətir görək bu balığı.

378
00:48:53,900 --> 00:48:58,060
Səhərdən onun həsrətindəyik. Məni bağışlayın, mən özümü saxlaya bilmirəm.

379
00:49:00,900 --> 00:49:01,700
Bu da nar.

380
00:49:08,620 --> 00:49:09,220
Ay çox sağ ol, qızım.

381
00:49:15,620 --> 00:49:18,100
Öz əlinlə tutduğun balığı yeməyin ayrı ləzzəti var e.

382
00:49:20,220 --> 00:49:21,060
Gəl, gəl ye.

383
00:49:28,620 --> 00:49:31,220
Ə, yavaş ye, buvazında qalar sümüyü.

384
00:49:32,600 --> 00:49:34,460
Köpək oğlu, elə bil, aclıqdan çıxıb.

385
00:49:40,800 --> 00:49:42,230
Amma yaman yıxıldın ha.

386
00:49:44,220 --> 00:49:46,220
Görəydin də suya nə təhər düşdük. Yıxılmışdınız?

387
00:50:37,220 --> 00:50:38,220
Harda qalmısan e?

388
00:50:40,220 --> 00:50:44,100
Uşaqlığımı yada salıram da. Səndən heç baş aça bilmirəm də.

389
00:50:45,540 --> 00:50:48,300
Uşaqlığını yada salmaq istəyirsən, kanala kəllə vur.

390
00:50:49,740 --> 00:50:53,380
Uşaqlığın çayda keçməyib? Burada nə itin azıb, hə?

391
00:52:46,000 --> 00:52:46,640
Cəlal,

392
00:52:50,200 --> 00:52:51,120
istədiyin vaxt bura gəlib gedəcəyik.

393
00:52:57,000 --> 00:52:59,480
Rusiyada sənin üçün daha yaxşı imkanlar yaranacaq. 

394
00:53:01,500 --> 00:53:05,200
Baban da belə deyir. Amma o tək bağa baxa bilməyəcək.

395
00:53:08,160 --> 00:53:09,480
Qonşular kömək eləyər.

396
00:53:10,000 --> 00:53:12,200
Bir qonşumuz qalıb, o da Rasim dayıdır.

397
00:53:15,200 --> 00:53:18,160
Bizim bağımızı almaq istəyən Rasim dayı.

398
00:53:27,500 --> 00:53:30,000
Bu bizim sonuncu məhsulumuzdur?

399
00:55:05,900 --> 00:55:07,200
Baba, biraz da doldu da.

400
00:55:07,210 --> 00:55:11,360
Yox, yox, ağır olar sənə. Apar.

401
00:56:39,000 --> 00:56:41,240
Yadıma gəlmir axırıncı dəfə

402
00:56:42,240 --> 00:56:45,200
Nə vaxt bir yerdə ailəliklə nar yığmışıq.

403
00:56:46,720 --> 00:56:47,720
Şükür.

404
00:56:49,560 --> 00:56:50,560
Şükür Allaha ki,

405
00:56:52,320 --> 00:56:55,400
neçə ildən sonra da olsa, bu günü mənə göstərdi.

406
00:57:05,760 --> 00:57:07,040
Cəlal, yorulmusan, dur yat.

407
00:57:13,500 --> 00:57:14,500
Cəlal.

408
00:57:42,000 --> 00:57:50,540
Yaxşı, mən də gedim yatım. Yaman yorulmuşam. Gecəniz xeyirə qalsın. Xeyirə qarşı, dədə.

409
01:01:15,500 --> 01:01:17,500
Gəl Göyçayın gözəlinə.

410
01:01:19,980 --> 01:01:25,460
Göyçay gözəlidir, qardaş. Göyçay gözəlidir. Üç manat. Üç manat. Beş kilo, aşağı verərsən? 

411
01:01:25,460 --> 01:01:28,400
Yox, yox, aşağı, bundan aşağı. Bunları verərəm. Aşağı bunları verərəm.

412
01:01:28,400 --> 01:01:29,260
Bazar olsun.

413
01:01:53,000 --> 01:01:54,500
Nə deyirsən?

414
01:01:56,100 --> 01:02:00,220
Onsuz da, uşaqlar gedəndən sonra bağa baxa bilməyəcəksən.

415
01:02:11,700 --> 01:02:12,660
Yaxşı,

416
01:02:14,670 --> 01:02:15,900
qoy siz deyən olsun.

417
01:02:33,910 --> 01:02:34,910
Tez ol, gedək buradan.

418
01:02:35,920 --> 01:02:37,000
Mən burada qalmaq istəmirəm.

419
01:03:24,500 --> 01:03:26,040
Sən bilirsən, qəza necə olub?

420
01:03:31,000 --> 01:03:34,560
Dədəm nar satıb ikimizə bir Jiquli aldı.

421
01:03:39,160 --> 01:03:41,880
Hələ təzə sürürdük, ikimiz də xam idik.

422
01:03:44,800 --> 01:03:48,100
Bir gün rayondan toydan qayıdırdıq, ikimiz də içkili idik.

423
01:03:51,080 --> 01:03:53,840
Habil lap dəm idi.

424
01:03:55,560 --> 01:03:58,600
Elə deyirdi, düş aşağı, mən sürüm, səndən şofer olmaz.

425
01:03:59,920 --> 01:04:01,760
Alçaldırdı məni dəqiqəbaşı.

426
01:04:03,160 --> 01:04:05,280
Özün bilmirdi, ağlına gələni danışırdı.

427
01:04:12,880 --> 01:04:13,880
Əsəbləşirdim mən də.

428
01:04:16,200 --> 01:04:20,400
Kəndə çataçatda düşdüm maşından, açarı da atdım üstünə.

429
01:04:22,440 --> 01:04:23,440
Özüm də piyada gəldim.

430
01:04:44,000 --> 01:04:45,000
Qəzanın səhəri eşitdik.

431
01:04:50,640 --> 01:04:52,160
Bilirdim, sürə bilməyəcək.

432
01:05:10,000 --> 01:05:11,000
Toydan çıxanda

433
01:05:12,040 --> 01:05:14,040
görmüşdülər maşını mən sürmüşəm.

434
01:05:15,120 --> 01:05:20,120
Səhər kənddə xəbər çıxdı ki, guya, maşını mən aşırmışam, özüm də qaçmışam.

435
01:05:26,800 --> 01:05:28,400
Özümü günahkar sayırdım.

436
01:05:31,360 --> 01:05:32,720
Qala bilmədim kənddə.

437
01:05:34,440 --> 01:05:35,520
Çıxdım getdim Rusetə.

438
01:05:39,520 --> 01:05:41,360
Dedim biraz vaxt keçər qayıdaram.

439
01:05:45,370 --> 01:05:46,370
Nəysə.

440
01:05:49,760 --> 01:05:51,000
Bir də baxdım ki,

441
01:05:52,040 --> 01:05:53,840
On iki il keçib.

442
01:06:08,680 --> 01:06:10,960
Birinci adamsan ki, sənə danışıram bunları.

443
01:06:12,680 --> 01:06:14,920
Sən başa düşürsən də məni.

444
01:09:36,800 --> 01:09:41,260
Banka gedib bir hesab açdırarsan Camalın adına.

445
01:09:44,800 --> 01:09:46,800
Pulun yarısını qoyarsan o hesaba.

446
01:09:52,500 --> 01:09:53,810
Yaxşı, dədə, oldu. Baş üstə.

447
01:10:13,620 --> 01:10:14,740
Buyur, bu sənin.

448
01:10:21,000 --> 01:10:21,900
Bunu da götür sən.

449
01:13:38,300 --> 01:13:39,250
Yenə, Allah bilir,

450
01:13:40,040 --> 01:13:42,040
bütün nar ağaclarını qırıb atacaq.

451
01:13:52,900 --> 01:13:54,520
A, Şamil kişi,

452
01:13:56,840 --> 01:13:58,080
Səndən nə əcəb?

453
01:13:58,760 --> 01:14:01,240
Çoxdandır görünmürdün.

454
01:14:14,890 --> 01:14:18,000
Qaynatmamısan ki? Yox, yox, əladır.

455
01:15:10,551 --> 01:15:13,000
Nə olub? Hər şey yaxşıdır.

456
01:15:20,500 --> 01:15:22,040
Saxlama, sür.

457
01:15:22,200 --> 01:15:26,640
Sür vağzala. Niyə? Sür, orada başa salaram.

458
01:15:57,520 --> 01:15:58,840
Lap çaşdırdın e məni.

459
01:16:02,160 --> 01:16:03,120
İndi biz nə təhər eləyək?

460
01:16:09,360 --> 01:16:13,440
Sabah dədəmə danışarsan. Amma sabah, yaxşı?

461
01:16:18,960 --> 01:16:20,280
Bəlkə özün danışasan?

462
01:16:25,400 --> 01:16:27,520
Şamil dayı hər şeyi başa düşər.

463
01:16:33,000 --> 01:16:34,900
O heç vaxt məni bağışlayan deyil.

464
01:16:39,240 --> 01:16:42,120
Sabah, sabah özün danışarsan.

465
01:18:00,600 --> 01:18:03,000
Televizorsuz sizin üçün lap çətin olar.

466
01:18:04,760 --> 01:18:06,500
Heç olmasa, bununla başınızı qatarsınız.

467
01:18:13,100 --> 01:18:15,700
Narahat olmayın, birazdan gələr.

468
01:19:11,140 --> 01:19:12,940
Sağ-salamat, sağ-salamat.

469
01:19:43,300 --> 01:19:44,000
Да

470
01:19:45,010 --> 01:19:46,010
Всё, в порядке.

471
01:19:47,020 --> 01:19:48,020
 Деньги у меня.

472
01:19:50,030 --> 01:19:53,030
Хочу с дочкой поговорить, передай ей трубку.

473
01:19:57,040 --> 01:19:58,040
Cладкая моя,

474
01:20:00,050 --> 01:20:01,050
Я скоро буду.

475
01:20:01,800 --> 01:20:03,060
Не волнуйся, хорошо?

476
01:20:04,500 --> 01:20:06,070
Утром заберу тебя.

477
01:20:07,080 --> 01:20:08,080
Обещаю радость моя.

478
01:20:11,090 --> 01:20:12,090
Целую тебя.

479
01:22:44,500 --> 01:22:45,500
Sonra.

480
01:22:49,200 --> 01:22:50,900
Pula görə gəlmişdi kəndə.

481
01:22:53,660 --> 01:22:54,660
Borcu var.

482
01:22:58,300 --> 01:23:00,000
Qızını girov götürüblər.

483
01:23:32,999 --> 01:23:34,800
Ailəsi var Moskvada.

484
01:23:55,500 --> 01:23:57,000
Sən bilirdin?

485
01:24:05,010 --> 01:24:06,800
Səndən soruşuram.

486
01:25:06,810 --> 01:25:08,810
Daha mənim oğlum yoxdur.

487
01:25:58,600 --> 01:26:00,000
O birisi gözü də zəifləyib.

488
01:26:03,800 --> 01:26:05,000
Sarğı da kömək eləməyib ona.

489
01:26:08,500 --> 01:26:10,010
Eynək taxmaq lazım olacaq.

490
01:26:11,400 --> 01:26:14,000
Rayonda ölçdürüb yazdırarsan.

491
01:26:16,500 --> 01:26:18,010
Çox da baha olmayacaq.

492
01:26:20,020 --> 01:26:21,020
Bəs rəngləri necə?

493
01:26:22,500 --> 01:26:24,030
Seçə biləcək?

494
01:26:26,040 --> 01:26:29,040
Yox, o daha düzələn deyil.

495
01:26:31,050 --> 01:26:32,050
Yazıq uşaq.
